Oğuzdada meşə yanğını başladı 20-08-2022, 20:02 Oğuz rayonunda meşə yanır.Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, yanğın rayonun Calut kəndi ərazisində, bələdiyyəyə məxsus meşə massivində qeydə alınıb.Yanğının söndürülməsi üçün əraziyə Oğuz Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən texnikası və şəxsi heyəti cəlb olunub.Hazırda yanğın davam edir. Facebook-da paylaş