Hindistanda torpaq sürüşmələri nəticəsində 22 nəfər ölüb

21-08-2022, 00:04           
Hindistanda torpaq sürüşmələri nəticəsində 22 nəfər ölüb
Hindistanın şimalındakı Himaçal-Pradeş ştatında leysan yağışların səbəb olduğu torpaq sürüşmələri və daşqınlar nəticəsində ötən gün ərzində səkkiz nəfərlik ailə də daxil olmaqla ən azı 22 nəfər ölüb, daha 5 nəfər itkin düşüb.

“Report” xəbər verir ki, bunu Sudeş ştatının təbii fəlakətlərlə mübarizə departamentinin direktoru Sudeş Kumar Moxta deyib.

Onun sözlərinə görə, ən çox zərər Mandi, Kangra və Çamba rayonlarında qeydə alınıb.

Torpaq sürüşmələri ştatın bir çox yollarında, o cümlədən Manalidən Çandiqarxa gedən böyük magistralda nəqliyyatın hərəkətini iflic edib.

O qeyd edib ki, ştatda əlverişsiz hava şəraiti ilə bağlı 36 insident qeydə alınıb və ən çox ölüm halı Mandi dairəsində baş verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru