ABŞ-da 26 uşağı diri-diri basdıran cinayətkar azadlığa buraxılacaq

21-08-2022, 11:43           
ABŞ-da 26 uşağı diri-diri basdıran cinayətkar azadlığa buraxılacaq
ABŞ-ın Kaliforniya ştatında ABŞ tarixində ən kütləvi adam oğurluğuna görə həbs edilən cinayətkarın azadlığa buraxılmasına qərar verilib.

70 yaşlı Frederik Vuds 1976-cı ildə şərikləri Riçard və Ceyms Şonfeld qardaşları ilə birlikdə 26 uşağı əsir götürüb. Eyni zamanda uşaqları daşıyan məktəb avtobusunun sürücüsünü də qaçırıb. Sonra isə onları həmin avtobusda diri-diri basdırıb. Hadisə Çovçilla yaxınlığında baş verib.

Məktəblilər və sürücü yük maşınının qoşqusunda 12 fut (3,66 m) dərinlikdə diri-diri basdırılıb. Cinayətkarlar buna görə dövlətdən milyonlarla dollar pul almağı planlaşdırıb. Sürücü Frenk Rey və 14 yaşlı Maykl Marşal lyukun qapağını çıxarıb, çuxur qazıb və səthə çıxa biliblər. Nəticədə əsir götürülən bütün uşaqlar qaça biliblər.

İki həftə sonra, Vuds və Şonfeld qardaşları həbs olunub. Onlar şərti azadlığa buraxılma imkanı olmadan ömürlük həbs cəzasına məhkum edilib. Lakin bu hökmlər sonda ləğv edilib.

Mənbə: MK.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru