Somalidə otelin ələ keçirilməsi nəticəsində 30 nəfər öldü21 Avqust 2022 09:13
21-08-2022, 10:30
Somalinin paytaxtı Moqadişoda “Həyat” otelinin “Əl-Qaidə” ilə əlaqəsi olan “Əş-Şabab” yaraqlıları tərəfindən ələ keçirilməsindən sonra ən azı 30 nəfər ölüb, onlarla insan yaralanıb.
Publika.az xəbər verir ki, bu barədə "Somali Guardian" məlumat yayıb.
Otelin ələ keçirilməsi zamanı ölənlər arasında keçmiş məmurlar, dövlət qulluqçuları və ruhani liderlərin olduğu qeyd edilir. Somali kəşfiyyat və təhlükəsizlik agentliyinin rəhbəri və yüksək rütbəli polis zabiti də yaralanıb.
Bu ərəfədə Moqadişoda “Hayat” otelinin ərazisində üç partlayışın baş verdiyi və təhlükəsizlik qüvvələrinin nümayəndələri ilə “ Əş -Şəbab” yaraqlıları arasında atışma olduğu bildirilib.
Təhlükəsizlik qüvvələri ilə terrorçular arasında qarşıdurma hələ də davam edir.