Ukraynada hipersəs raketlərindən istifadə etmişik - Şoyqudan etiraf 21-08-2022, 21:27 Rusiya Silahlı Qüvvələri Ukraynadakı döyüşlər zamanı “Kinjal” hipersəs raketindən üç dəfə istifadə edib.“Report” xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu “Rossiya-1” telekanalının efirində bildirib.Şoyqunun sözlərinə görə, Rusiya ordusu yüksək hədəflərə zərbə endirmək üçün bu raketdən istifadə edib.Nazir bildirib ki, raket yol boyu həm şaquli, həm də üfüqi müstəvilərdə trayektoriyasını dəyişir. Facebook-da paylaş