Sumqayıtda xəstəxana YANIR– VİDEO 21-08-2022, 21:38 Sumqayıtda xəstəxananın həyətində yanğın baş verib.Hadisə Travmatologiya Xəstəxanasında baş verib.Yanğın xəstəxananın həyətindəki yarımtikilidə baş verib. FHN-dən Oxu.Az-ın sorğusuna verilən cavabda yanğın faktı təsdiq edilib. Bildirilib ki, hazırda əraziyə yanğınsöndürən maşınlar cəlb olunub:"Hazırda yanğının söndürülməsi tədbirləri həyata keçirilir. Əlavə məlumat veriləcək" (oxu.az). Facebook-da paylaş