Kərbəlada Qəttarat əl-İmam Əli məqbərəsində faciə: ölən və yaralılar var

22-08-2022, 11:06           
Kərbəlada Qəttarat əl-İmam Əli məqbərəsində faciə: ölən və yaralılar var
Kərbəla şəhərindən təxminən 25 kilometr aralıda təbii çökəklikdə yerləşən məqbərə uçub.

“Ölkə.Az” İraqın rəsmi İNA agentliyinə istinadən xəbər verir ki, əyalətin Qəttarat əl-İmam Əli məqbərəsində dağıntılar altından dörd cəsəd çıxarılıb. Xilasetmə əməliyyatı davam edir. Uçquna səbəb torpaq sürüşməsi göstərilir. Uçqun altında sağ qalanların olduğu bildirilir.

Mülki müdafiə sözçüsü Navas Sabah Şaker bildirib ki, 6-8 zəvvar ziyarətgahda sıxışıb qalıb.

İNA-nın xəbərinə görə, gecələr proyektorlar altında işləyən xilasetmə qrupları dağıntılar altında qalan insanları oksigen, həmçinin qida və su ilə təmin edə biliblər.

Təcili yardım xidmətləri şənbə günü baş verən fəlakətdən sonra üç uşağın xilas edildiyini və onların vəziyyətinin yaxşı olduğunu və xəstəxanada nəzarət altında olduğunu bildirib.

İraq prezidenti Barham Saleh xilasediciləri çətin vəziyyətdə qalan insanları xilas etmək üçün bütün səyləri səfərbər etməyə çağırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru