Xersonda Rusiyanın 2 silah-sursat anbarı məhv edilib

23-08-2022, 20:42           
Xersonda Rusiyanın 2 silah-sursat anbarı məhv edilib
Ukrayna Silahlı Qüvvələri Xerson vilayətində Rusiyanın 2 silah-sursat anbarını məhv ediblər. “Report” bildirir ki, bu barədə Cənub” Əməliyyat Komandanlığının “Facebook” səhifəsində məlumat verilib.

Məlumata görə, həmçinin qarşı tərəfin 2 komanda məntəqəsi dağıdılıb.

“Tapşırıqların yerinə yetirilməsi çərçivəsində raket və artilleriya bölmələrimiz Çernobaevkadakı 247-ci desant-hücum alayının döyüş sursatı anbarını və komanda məntəqəsini, həmçinin Novovoskresenskoyedəki 331-ci hava desant alayının komanda məntəqəsini və sursat anbarını məhv edib”, - məlumatda yazılıb.

Həmçinin qeyd olunub ki, əməliyyat nəticəsində Rusiyanın 23 hərbçisi, 1 T-72 tankı məhv edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru