Oğurladığı avtomobillə metroya daxil oldu: Pilləkəndə ilişdi - FOTO/VİDEO

25-08-2022, 09:13           
Oğurladığı avtomobillə metroya daxil oldu:
İspaniyanın paytaxtı Madriddə bir nəfər oğurladığı avtomobillə “Plaza Eliptica” metrostansiyasına daxil olub. Avtomobillə stansiyanın pilləkənlərini qalxmağa çalışan şəxs orada ilişib qalıb.

Avtomobilin çıxarılması üçün saatlarla iş aparılıb. Nəticədə içəridə qalan şəxs xilas edilib və xəstəxanaya aparılıb.

Hadisə zamanı ölən və yaralananlar olmayıb.

Testlər nəticəsində oğrunun narkotikdən istifadə etdiyi müəyyən edilib. O, təhlükəsizlik qüvvələri tərəfindən nəzarətə alınıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

İspaniya mətbuatında çıxan xəbərlərdə bildirilib ki, həmin şəxs avtomobili başqa bir metrostansiyanın dayanacağında tapıb və açarları üzərində olduğu üçün oğurlayıb.



Mənbə: CNN Türk












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru