Super okeanı olan planet kəşf edilib

25-08-2022, 09:53           
Super okeanı olan planet kəşf edilib
Monreal Universitetindən Çarlz Kadiyenin rəhbərlik etdiyi beynəlxalq alimlər qrupu Drako bürcündən təxminən 100 işıq ili məsafədə yerləşən ikili sistemdəki ulduzlardan birinin orbitində fırlanan TOI-1452 b ekzoplanetinin kəşfini açıqlayıb. Güman edilir ki, bu planet super Yerdir və tamamilə okeanla örtülüdür.

Ekzoplanet TESS kosmik teleskopunun köməyi ilə tapılıb.

Astronomlar Mon-Meqantik rəsədxanasından aparılan yerüstü müşahidələr sayəsində namizəd obyektin həqiqətən də super Yer sinfinə aid olduğunu təsdiqləyiblər.

Planet ana ulduzunun ətrafında 11 gün ərzində fırlanır. Ana ulduzun özü isə qırmızı cırtdandır, Günəşdən çox kiçikdir. Onların arasındakı məsafə Günəşlə Pluton arasındakı məsafədən 2,5 dəfə çoxdur.

Mənbə: lenta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru