Qərb kəşfiyyatı: “Rusiya İrandan “yüzlərlə” dron alıb”
27-08-2022, 00:02
Rusiya İrandan “yüzlərlə” dron alıb. Bu dronların Ukraynaya qarşı müharibədə istifadə oluna biləcəyi bildirilir.
Bu barədə Qərb kəşfiyyatı açıqlama verib.
Rusiyanın Ukraynaya qarşı bu dronlardan istifadə etməyə başlayıb-başlamadığı hələ məlum deyil. Lakin kəşfiyyat rəsmiləri pilotsuz təyyarələrin işlək olduğunu və istifadəyə hazır olduğunu qeyd edirlər.