Milyonlarla insanı içməli su ilə təmin edən göl quruyur
27-08-2022, 08:17
Milyonlarla insanı içməli su ilə təmin edən göl qurumağa başlayıb.
Publika.az-ın xəbərinə görə, bu barədə ABŞ Meliorasiya Bürosunun (USBR) hesabatında qeyd olunub.
Hesabata görə, Nevada və Arizona ştatlarının sərhəddində yerləşən “Mead” gölündə su səviyyəsi 27 faizə qədər azalıb.
İqlim dəyişikliyi səbəbindən ABŞ-ın bir çox bölgəsindəki göllərdə su səviyyəsinin azaldığına diqqət çəkən alimlər “Mead” gölündə bunun bariz şəkildə müşahidə olunduğunu qeyd edirlər.
Mütəxəssislərə görə Huver bəndindəki “Mead” gölündə su səviyyəsi 1999-cu ildən bəri hava istiliyinin artması, Kolorado çayını qidalandıran qar suyunun azalması və əhalinin çoxalması ilə istehlakın artması səbəbindən davamlı olaraq azalır.