Yaşlı britaniyalı qadın ona içki verməyən stüarda yumruq atdı - VİDEO

27-08-2022, 11:28           
Yaşlı britaniyalı qadın ona içki verməyən stüarda yumruq atdı - VİDEO
İngiltərədə təyyarənin yaşlı sərnişini göyərtədə dava salıb. Səbəbi isə stüardların ona spirtli içki tökməkdən imtina etməsi olub.

Belə ki, qadın bir qədəh şampan istəyib, biletin qiymətinə daxil olmadığı üçün rədd cavabı alıb. Qadın bundan o qədər qəzəblənib ki, heyət üzvlərindən birinin üzünə yumruq vurub.

“O, söyməyə və əsəbiləşməyə başladı. Bir anda o, ayağa qalxdı və uçuş zamanı qapını açmağa çalışdı”, - deyə stüardlardan biri baş verənlər barədə danışıb.

Təyyarənin pilotları Münhenə təcili eniş etməli olublar, burada artıq onu polislər gözləyib.

Mənbə: Daily Mail












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru