Rusiyada müharibə əleyhdarı qadın Baş Qərargah rəsmisinin avtomobilini yandırdı

28-08-2022, 08:53           
Rusiyada müharibə əleyhdarı qadın Baş Qərargah rəsmisinin avtomobilini yandırdı
Moskvada Rusiya Müdafiə Nazirliyinin yüksək rütbəli məmurunun BMW markalı avtomobili yandırılıb. Bildirilir ki, Leninqrad şosesindəki evlərdən birinin həyətində naməlum qadın əvvəlcə maşının üzərinə kanistrlə benzin töküb, sonra isə od vurub.

Məlumatına görə, BMW RF Silahlı Qüvvələri Baş Qərargahının 8-ci idarəsinin rəis müavini Yevgeni Sekretaryova məxsusdur. Məhz bu idarə KİV-də müharibə əleyhinə məlumatların qarşısının alınmasına cavabdehdir və bir növ senzura rolunu oynayır.

Qadının artıq saxlanıldığı və onun müharibəyə qarşı olduğu qeyd edilir. (Mənbə: Baza)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru