Şəhriyar Del Geraninin evi talandı: “Hər şeyim getdi” Tanınmış şair Şəhriyar Del Geraninin evinə oğru girib.

28-08-2022, 21:15           
Şəhriyar Del Geraninin evi talandı: “Hər şeyim getdi”
Bakupost.az xəbər verir ki, hazırda İstanbulda yaşayan tanınmış şair Şəhriyar Del Geraninin evinə oğru girib. Bu barədə şair öz facebook səhifəsində paylaşım edib:
“Tam 10 il qabaq Bakıda belə bir hadisə gəlmişdi başıma. Yəqin xatırlayırsız. Yenə eyni ssenari – bu dəfə İstanbulda yaşadığım evə oğru girmiş, MacBook-umu oğurlamış, passportumu, şəxsiyyət vəsiqəmi və olan-qalan rezerv pulumu aparmışlar. Hər şeyi başa düşdüm, passport və şəxsiyyət vəsiqəmi niyə? Ən əsası, kompüterin yaddaşında illərdir çapa vermədiyim şeirlər, hekayələr, köşələr və roman. (((( Çox pisəm. Sözlə ifadə etmək mümkün deyil sadəcə.”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru