Hüseynbala Mirələmovun restoranında ÖLÜM

30-08-2022, 00:05           
Hüseynbala Mirələmovun restoranında ÖLÜM
Bakıda restoranlardan birində ölüm hadisəsi baş verib.

Teref.Az lent.az-a istinadən xəbər verir ki, hadisə Bakının Səbail rayonu ərazisində yerləşən "Min bir gecə” restoranında qeydə alınıb.

Orada istirahət edən, 1976-cı il təvəllüdlü Renat Səttarov qəfil ölüb. Onun ölüm səbəbi hələlik məlum deyil.
Faktla bağlı müvafiq ekspertizalar təyin edilib, araşdırmalar davam etdirilir.

Qeyd edək ki, "Min bir gecə” restoranı sabiq deputat Hüseynbala Mirələmova məxsusdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru