Yolu azan tanınmış musiqiçi evinin 32 km-liyində aclıqdan və susuzluqdan ölüb - FOTO

30-08-2022, 09:44           
Yolu azan tanınmış musiqiçi evinin 32 km-liyində aclıqdan və susuzluqdan ölüb - FOTO
ABŞ-da tanınmış ifaçı, 88 yaşlı Larri Petri və həyat yoldaşı 60 yaşlı Betti Moxave səhrasında faciəvi şəkildə ölüblər.

Məlumata görə, onlar səhrada benzini bitən avtomobillərində tapılıblar. Kişinin meyiti sürücü oturacağında, qadın isə çöldə, avtomobilin arxa təkərinə söykənərək oturduğu vəziyyətdə aşkarlanıb. Onların nə yeməyi, nə də suyu olub.


Ən acınacaqlısı isə avtomobilin onların Beyksfild şəhərindəki (Kaliforniya) evlərindən 32 kilometr aralıda qalması olub.

Ailə dostu Kim Heys bildirib ki, son həftələr Larri məkanda oriyentasiyada problemlər yaşayıb. Hətta bu yaxınlarda konsert zamanı səhnəyə yolu tapmaq üçün köməyə ehtiyacı olub.

“Mən onların belə qəribə şəraitdə vəfat etdiklərinə inana bilmirəm”, - deyə o əlavə edib.

Polis əməkdaşları cütlüyün ölümündə cinayət tərkibi görmədiklərini bildiriblər.




Mənbə: Daily Mail












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru