Böyük Britaniya bir kişi sosial şəbəkədə onun 16 adının olduğunu bildirib.
KONKRET.az “The Sun”a istinadən xəbər verir ki, ana 1989-cu ildə oğluna bütün “Arsenal” futbol komandasının oyunçularının adını qoyub.
Belə ki, gəncin tam adı bütün oyunçuların adlarının siyahısı kimi səslənir: Kevin Corc Qrem Con Li Naycel Maykl Stefan Toni Devid Pol Alan Breyn Martin Perri Smiter.
İstifadəçilər bu qədər uzun addan çaşdıqlarını və övladlarına heç vaxt bunu etməyəcəklərini bildiriblər.