Eşitmə məhdudiyyətli kişi günlərlə quyuda qaldı - VİDEO

31-08-2022, 09:18           
Eşitmə məhdudiyyətli kişi günlərlə quyuda qaldı - VİDEO
Rusiyanın Primorsk diyarında eşitmə məhdudiyyətli kişi meşədə yeddi metrlik quyuya düşüb və günlərlə orada ac-susuz qalıb.

Məlumata görə, başı göbələk yığmağa qarışan kişi qapağı açıq qalan mazut quyusunu görməyib. Onun nitq və eşitmə qabiliyyəti tam məhdud olduğu üçün isə köməksiz vəyyətdə olub.

Regional könüllülər onu dörd gün axtarıblar.

Bütün bu müddət ərzində kişi gölməçədən su içib, amma ac qalıb. Bir müddət sonra xilasedicilər və könüllülər onun avtomobilini, daha sonra isə kişinin özünü tapıblar.

Həkim müayinəsindən sonra kişi evinə buraxılıb.


Mənbə: Mənbə: “Mash” “Telegram” kanalı












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru