MAQATE Zaporojye AES-ə missiya göndərdi

31-08-2022, 08:32           
MAQATE Zaporojye AES-ə missiya göndərdi
Beynəlxalq Atom Enerjisi Agentliyinin avtomobil karvanı Zaporijjya AES istiqamətində yola düşüb.

Bu barədə Publika.az "Reuters"ə istinadla xəbər verir .

Qeyd olunur ki, missiya üzvləri Kiyevi tərk ediblər.

Xatırladaq ki , MAQATE missiyasının Zaporojye AES-ə gəlişi avqustun 31-də gözlənilirdi .

Ukrayna Prezident Aparatı rusların ekspertlərin AES-ə getməli olduğu dəhlizləri atəşə tutduğunu bildirdi .

Prezident Aparatının rəhbəri Andriy Yermak qeyd edib ki, işğalçılar MAQATE missiyasının Zaporojye AES-ə səfərini pozmağa cəhd etmək üçün Enerqodarda hərbi əməliyyatları simulyasiya edirlər .

Qeyd edək ki , MAQATE missiyası AES ətrafında vəziyyətin gərginləşməsi fonunda Enerqodara gedir. Beynəlxalq müfəttişlərdən ibarət qrup bu həftə atom elektrik stansiyasında işə başlayacaq.

Hüseyn İbadlı












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru