Salyanda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan iki nəfər saxlanılıb

31-08-2022, 15:44           
Salyanda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan iki nəfər saxlanılıb
Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan iki nəfər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdiyi tədbirlərlə rayonun Sarvan kənd sakini Fərhad Səmədov saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilib.
Dindirilmə zamanı F.Səmədov narkotikləri tanışı Müşfiq adlı şəxsdən aldığını bildirib.
Əməliyyat tədbirlərinin davamı olaraq Salyan rayon sakini, əvvəllər narkotiklərə görə məhkum olunmuş Müşfiq Quliyev də saxlanılaraq istintaqa təqdim edilib. Saxlanılan zaman isə onun üzərindən müxtəlif çəkidə heroin və metamfetamin aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı Salyan Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru