Ruslar Xarkov istiqamətində hərbi əməliyyata başladı

2-09-2022, 10:15           
Ruslar Xarkov istiqamətində hərbi əməliyyata başladı
Slobozhansk istiqamətində ruslar Xarkov vilayətində işğal olunmuş sərhədlərə və logistika marşrutlarına nəzarətin itirilməsinin qarşısını almaq məqsədi ilə döyüş əməliyyatları aparır.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında bildirilir.

"Düşmən qoşunlarımızın müdafiəsində zəif nöqtələr tapmağa, taktiki mövqeni təkmilləşdirməyə çalışır. Xarkov istiqamətində Udı, Russkie Tışki, Çerkasskie Tışki, Pitomnik, Bolşye Proxodı, Starı Saltov, Petrovka, Pobeda, Dementeyevka, Prişib yaşayış məntəqələri ərazilərində tanklardan, lülələrdən və raket artilleriyasından atəşə tutub. Şestakovo, Bayrak, Russkie Tışki və Veseloe yaşayış məntəqələri ərazilərinə hava zərbələri endirib”, - məlumatda bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru