Ukraynada rus hərbçilər təslim olmaq üçün ağ bayraq QALDIRDILAR

2-09-2022, 12:03           
Ukraynada rus hərbçilər təslim olmaq üçün ağ bayraq QALDIRDILAR
Sentyabrın 1-də sosial şəbəkədə rusların Ukrayna Silahlı Qüvvələrinin döyüşçülərinə təslim olmasını əks etdirən video yayılıb.

KONKRET.az Ukrayna mediasına istinadla xəbər verir ki, videoda səsi eşidilənlərin dediklərinə görə, “rus hərbçilər ağ bayraq yelləyir”.

Hərbçilər bunun Rusiya ordusunun tələsi olub-olmaması barədə tərəddüd edir. Ancaq məsləhətləşdikdən və düşmənin mövqelərini diqqətlə araşdırdıqdan sonra məlum olur ki, rus əsgərlərii həqiqətən də “ağ bayraq” qaldırıb və təslim olmaq istədiyini bildirirlər.

Hadisə Xerson vilayətində Pravdino kəndi yaxınlığında baş verib. Pravdino kəndi Xersondan Nikolayevin yarısında “boz zonada” yerləşir.

Maraqlıdır ki, rus əsgərlərin yaxınlığında hərbi texnika olmayıb. Ola bilsin ki, komandanlıq şəxsi heyəti tərk edib, ona görə də əsgərlər təslim olmaq qərarına gəliblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru