20 uşağa cinsi təcavüz edən dayəyə 20 illik həbs cəzası verildi

3-09-2022, 11:13           
20 uşağa cinsi təcavüz edən dayəyə 20 illik həbs cəzası verildi
Yaponiyada 31 yaşlı Haşimoto Akinori 20 oğlan uşağını cinsi istismar etməkdə günahkar bilinib.

İş materiallarına görə, həmin şəxs dayə işləyərkən uşaqlara təcavüz edib və nəticədə cinayətin 56 epizodu qeydə alınıb.

Akinori oğlanların bədəninin intim hissələrinə toxunaraq baş verənləri mobil telefonla lentə alıb. Qurbanların yaşı 5 ilə 11 arasında dəyişib.

Kişi zorlama və uşaq pornoqrafiyası haqqında qanunu pozmaqda ittiham olunub.

Keçmiş uşaq baxıcısı 20 il müddətinə azadlıqdan məhrum edilib.

Mənbə: gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru