Kamçatka vulkanında bədbəxt hadisə: ölənlər və yaralananlar var

4-09-2022, 10:09           
Kamçatka vulkanında bədbəxt hadisə:
Rusiyanın Kamçatka vilayətində bədbəxt hadisə baş verib.

Vulkana dırmaşan beş turist ölüb, digərləri də yaralanıb.

Bu barədə Kamçatka Ərazi Prokurorluğunun “Telegram” kanalında məlumat verilib.

“İlkin məlumata görə, Rusiyanın müxtəlif regionlarından (Altay, Primorsk, Kamçatka əraziləri, Moskva, Novosibirsk və Vladimir vilayətləri) olan 12 nəfərlik turist qrupu Fövqəladə Hallar Nazirliyinin qeydiyyatından keçib. Vulkana qalxan turistlərdən 5-i ölüb. Həmçinin yaralananlar da var”, - deyə məlumatda qeyd edilir.

Eyni zamanda daha iki nəfərin - turist və bələdçinin də yaralandığı məlum olub.

“Bələdçidən alınan ilkin məlumata görə, 5 turist həlak olub, daha bir səyahətçi huşsuz vəziyyətdədir, bir bələdçi isə yaralanıb, ayağı sınıb”, - deyə məlumatda bildirilir.

Bələdçilərindən biri xilasedicilərlə əlaqə saxlayıb və hadisə barədə məlumat verib. Hadisə təxminən 4200 m yüksəklikdə baş verib.

Zərərçəkənlərin təxliyyə əməliyyatı artıq başlayıb.

“Hadisə yerinə vertolyot gəlib. Xilasedicilər aklimatizasiyadan keçməli olduqları üçün 3300 m yüksəklikdə gecələyiblər. Faciənin baş verdiyi yüksəkliyə təxminən sentyabrın 4-də saat 06:00-da çatacaqlar”, - deyə Kamçatka vilayəti hökumətinin saytında yerləşdirilən məlumatda bildirilir.

Faktla bağlı rayon prokurorluğu araşdırmalara başlayıb.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru