“Bayraktar” daşı-daş üstə qoymadı: Ukraynadakı Rusiya hərbi texnikaları…
4-09-2022, 11:05
Ukrayna hərbi qüvvələri “Bayraktar” pilotsuz uçuş aparatları (PUA) ilə üç gün ərzində 26,5 milyon dollar dəyərində Rusiya hərbi texnikasını yarasız hala salıb.
Teref.az Lent.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Komandanı Valeri Zalujnı “Telegram” kanalında bildirib.
Onun sözlərinə görə, üç gün ərzində – avqustun 31-dən sentyabrın 2-dək bir cüt “Bayraktar TR-2” PUA-sı Rusiyanın təqribən 26,5 milyon dollar dəyərində texnikasını məhv edib:
“8 ədəd “T-72” tankı məhv edilib (birinin dəyəri, təxminən, 3 milyon dollardır). 1 ədəd özüyeriyən artilleriya qurğusu “Akatsiya” (1,6 milyon dollar), piyadaların döyüş maşınları (0,6 milyon dollar) və haubitsa (0,3 milyon dollar). Bundan başqa, 1,85 milyon dollar dəyərində 5 ədəd “T-72” tankı və 1 ədəd “BMP” sıradan çıxarılıb.