Ukraynanın əks-hücum əməliyyatı cənuba doğru irəliləyir - ISW

5-09-2022, 11:28           
Ukraynanın əks-hücum əməliyyatı cənuba doğru irəliləyir - ISW
Ukrayna Silahlı Qüvvələrinin əks-hücumları cənub və şərqdə nəzərəçarpacaq dərəcədə inkişaf edir.

Teleqraf.com xəbər verir ki, bu barədə Müharibə Araşdırmalar İnstitutunun (ISW) analitikləri bildirir.

Analitiklərin fikrincə, Ukrayna qoşunları Xerson vilayətinin qərb hissəsində bir neçə istiqamətdə irəliləyir və Donetsk vilayətində Severski Donetsk çayının o tayındakı ərazilərin təhlükəsizliyini təmin ediblər.

“Əks-hücumun sürəti hər gün kəskin şəkildə dəyişəcək, çünki Ukrayna qüvvələri rusları maddi-texniki təchizatdan məhrum etməyə, onların komanda və idarəetmə məntəqələrini məhv etməyə, mənəvi-psixoloji vəziyyəti zəiflətməyə çalışacaq”, - ekspertlər bildirir.

Ukrayna Silahlı Qüvvələri cənubda ruslara silah çatdırılmasına “atəşlə” nəzarət edir. Ukrayna qüvvələri Rusiya qüvvələrini tükəndirmək və onları cilovlamaq üçün Rusiyanın quru rabitə xətlərinə, sursat anbarlarına və əsas mövqelərinə zərbələr endirməkdə davam edir.

ISW-nin proqnozlarına görə, ruslar vaxtaşırı əks-hücuma keçəcək və itirilmiş mövqelərin bir hissəsini geri alacaq, azad edilmiş yaşayış məntəqələrinə güclü artilleriya və hava hücumları həyata keçirəcək.

Bundan əlavə, ISW Xerson vilayətində bir yaşayış məntəqəsinin və Donetsk vilayətində bir yaşayış məntəqəsinin azad edildiyini təsdiqləyib. Məlumatda qeyd olunur ki, Ukrayna ordusu Severski Donets çayının sol sahilindəki əraziləri geri alıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru