Bakıda həbs olunan Vətən müharibəsi iştirakçısı azadlığa buraxıldı
6-09-2022, 10:45
Xuliqanlıqda təqsirləndirilərək həbs olunan Vətən müharibəsi iştirakçısı Xaqan Ağayev azadlığa buraxılıb.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, o, 3 ay həbsdə saxlandıqdan sonra istintaq orqanının vəsatəti ilə azadlığa buraxılıb.
Qeyd edək ki, Xaqan Ağayev yaxın dostu Cavid adlı şəxslə birlikdə həbs edilib. Onlar küçədə tanımadığı şəxslərlə əlbəyaxa dava etdiklərinə görə həbs olunublar.