Azərbaycanlı gənc həyat yoldaşını çayda boğulmaqdan xilas etdi, özü boğuldu (FOTO/VİDEO)

6-09-2022, 12:48           
Azərbaycanlı gənc həyat yoldaşını çayda boğulmaqdan xilas etdi, özü boğuldu (FOTO/VİDEO)
Çexiyada yaşayan Sərkər adlı azərbaycanlı gənc çayda boğulub.

Teref.az azxeber.com-a istinadla xəbər verir ki, hadisə 28 avqustda baş verib. O, evli olduğu Helena adlı xanımla gəzintiyə çıxıb və İtaliyanın Komo gölündə qayıq kirayələyib.

Sərkər suya yıxılan qızı xilas etmək üçün onun arxasınca suya tullanıb. O, qızı xilas etsə də, özü suda boğulub.
Ətraflı

Hazırda azərbaycanlı gəncin nəşi İtalyada saxlanılır, maliyyə sıxıntılarına görə Azərbaycana gətirilə bilmir.

Helena həyat yoldaşının nəşini Azərbaycana aparmaq üçün yardım aksiyasına başlayıb.

Qeyd edək ki, cütlük bir neçə ay bundan öncə ailə həyatı qurubmuş.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru