Bakıda 16 mərtəbəli binada dəhşətli yanğın, 2 ölü, 15 yaralı– VİDEO (YENİLƏNİB)

19-05-2015, 12:40           
Bakıda 16 mərtəbəli binada dəhşətli yanğın, 2 ölü, 15 yaralı– VİDEO (YENİLƏNİB)
Səhiyyə Nazirliyindən Publika.az-a verilən məlumata görə, ilkin məlumata əsasən biri azyaşlı olmaqla 2 nəfər ölüb,15 nəfər xəsarət alıb.

***

İlkin məlumata görə, yanğın nəticəsində ölən var. Həmin şəxsin özünü xilas olmaq üçün 8-ci mərtəbədən atdığı bildirilir.

***

Bu dəqiqələrdə Binəqədi rayonu ərazisində “Azadlıq prospekti” metrostansiyası yaxınlığında 16 mərtəbəli yaşayış binası yanır.

Publika.az-ın hadisə yerində olan əməkdaşı xəbər verir ki, yanğınsöndürənlər, polis və təcili yardım xidmətinin əməkdaşları ora cəlb edilib. Hazırda yanğının söndürülməsi işləri aparılır.
Binada və yaxın binalarda yaşayan insanlar təxliyyə olunur.
Binanın yuxarı mərtəbələrində yanğın davam edir.
Əməkdaşımız xəbər verir ki, ilkin məlumata görə, yanğın zamanı bir neçə nəfər yüngül xəsarət alıb. Yanğın 8-9-cu mərtəbələrdə başlayıb və bütün binanı bürüyüb. Yanğının digər binalara keçməsi ehtimalı yüksəkdir.
İlkin ehtimala görə, yanğına binanın üzlüyünün alışması səbəb olub.
Ərazidə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
[media=https://www.youtube.com/watch?v=fNAX0xrz-4M]












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.