“Yanğın komissiyası” ilk iclasını keçirdi

20-05-2015, 00:23           
“Yanğın komissiyası” ilk iclasını keçirdi
Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 200/36 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğınla əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə yaradılan Dövlət Komissiyasının ilk iclası keçirilib. Bu barədə baş nazirin müavini, Dövlət Komissiyasının sədri Abid Şərifov məlumat verib: “Son məlumatlara əsasən, hadisə zamanı 14 nəfər dünyasını dəyişib. Onlardan 8-i qadın, 6-sı kişi, 5-i uşaqdır. Ambulatoriyalara və xəstəxanalara müraciət edənlərin sayı 51 nəfər olub. Onlardan 19 nəfəri hələlik xəstəxanalardadır. Həmin 19 nəfərdən 18-nin vəziyyəti normal, birinin vəziyyəti isə orta ağırdır. Səhiyyə Nazirliyinə tapşırılıb ki, xəsarət alanların müalicəsi məsələsinə ciddi nəzarət olunsun”.
Onun sözlərinə görə, prezidentin tapşırığına əsasən birinci növbədə binanın sakinlərinin yerləşdirilməsinə başlanılıb: “Orada xüsusi qərargah işləyir. Biz birinci növbədə sakinləri yerləşdirmək üçün dövlət obyektlərini müəyyənləşdirdik. Komissiyanın ilk iclasında artıq 56 mənzil müəyyənləşdirilib və nəqliyyat da ayrılıb. Evləri bərpa olunana qədər həmin mənzillərdə onların bütün yaşayış şəraiti dövlət hesabına təmin olunacaq. Bizim müəyyənləşdirdiyimiz mənzillərə köçmək istəməyənlərə vəsait veriləcək ki, kirayədə qalsınlar”.
Prezidentin göstərişinə əsasən, dünyasını dəyişənlərin bütün dəfn xərcləri dövlət tərəfindən ödəniləcək: “Artıq bu barədə Bakı Şəhər İcra Hakimiyyətinə, Binəqədi Rayon İcra Hakimiyyətinə və Maliyyə Nazirliyinə tapşırıq verilib. Bundan əlavə, xəstəxanalarda müalicə alanlara da yardım göstəriləcək. Komissiya sabahdan etibarən binanın mənzillərində yanmış əmlakın dəyərini müəyyənləşdirəcək və kompensasiya ödəniləcək. Artıq hadisə ilə bağlı cinayət işi açılıb. Günahkarlar ciddi cəzalandırılacaq. Əlbəttə, ilk növbədə bizim vəzifəmiz insanların yerləşdirilməsi, onlara lazımi köməyi












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.