Kabildə Amerika universitetinə hücum edən silahlılar məhv edilib

25-08-2016, 09:15           
Kabildə Amerika universitetinə hücum edən silahlılar məhv edilib
Əfqanıstanın paytaxtı Kabildə təhlükəsizlik qüvvələri Amerika universitetinə hücum edən iki silahlını məhv edib.

APA-nın RİA Novosti agentliiynə istinadən verdiyi xəbərə görə, bunu Kabil polisinin nümayəndəsi bəyan edib.

On saatdan çox davam edən əməliyyatın təfərrüatları barədə məlumat verilmir. Əfqanıstan Səhiyyə nazirliyinin məlumatına görə, hadisə nəticəsində 1 nəfər ölüb, 21 nəfər yaralanıb. Digər məlumatlara əsasən – 2 nəfər ölüb, 20 nəfər yaralanıb, bir neçə yaralının vəziyyəti kritikdir.

Ötən axşam Kabildə naməlum silahlılar Amerika universitetinə hücum edib. Əvvəl universitetin qarşısında minalanmış avtomobil partladılıb, bundan dərhal sonra isə silahlılar atəş açaraq tədris ocağının binasına soxulublar. Hücuma görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.