Ərəb pritçası
Bu gün, 09:54

Bir kralın on vəhşi iti var imiş. Kral, itləri cəza vasitəsi kimi istifadə edirmiş, onu dinləməyənləri o itlərin parçalamasına icazə verirmiş.
Bir gün bir qulluqçu kralın qəzəbinə gəlir və o öz əmrini verir...
Qulluqçu deyir:
- Mən sənə 10 il xidmət eləmişəm, mənə on gün möhlət ver yaşayım, sonra məni itlərə at.
Kral razılaşır.
Qulluqçu, dərhal itlər saxlanılan yerə gedir və itlərə xidmək eləmək istədiyini bildirir. Keşikçilər təəccüblənsə də razılaşırlar.
10 gün keçir qulluqçunu meydana çıxarıb itləri buraxırlar...
İtlər qulluqçuya nəinki hücum eləmir, hətta onun əlini ayağını yalayıb quyruq bulayırlar,
Kral heyrətlə səbəbin soruşanda qulluqçu deyir:
- Mən sənə 10 il xidmət elədim, bircə səhvimə görə sən məni itlərə atdın,bu itlərə isə isə cəmisi 10 gün xidmət elədim və onlar məni sevdi, toxunmadı"
Kral səhvini anlayıb onu azad edir..