Ekvadorun keçmiş vitse-prezidenti mənimsəmədə təqsirli bilinib

1-07-2025, 10:18           
Ekvadorun keçmiş vitse-prezidenti mənimsəmədə təqsirli bilinib
Ekvador Milli Məhkəməsi sabiq vitse-prezident Xorxe Qlasa və keçmiş Rekonstruksiya Komitəsi katibi Karlos Bermudesə hökm çıxarıb.

32gun.az xəbər verir ki, Prokurorluğun açıqlamasına görə, araşdırma zamanı məlum olub ki, məmurlar Manabi və Esmeraldas əyalətlərində təbii fəlakətdən zərər çəkənlərə yardım üçün nəzərdə tutulmuş büdcə vəsaitlərini sui-istifadə edərək, bu pulları təbii fəlakətlə əlaqəsi olmayan layihələrə yönəldiblər.

2024-cü ilin aprelində Qlasın Meksikanın səfirliyində gizlənərkən polis tərəfindən saxlanılması ilə bağlı qalmaqallı hadisədən sonra Meksika ilə Ekvador arasında diplomatik münasibətlər pozulmuşdu.

Hər iki şəxs 2016-cı ildə baş vermiş dağıdıcı zəlzələdən sonra bərpa üçün ayrılan dövlət vəsaitlərini mənimsəməkdə təqsirli bilinərək 13 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bundan əvvəl Qazaxıstanda sabiq ədliyyə naziri Marat Beketaev dələduzluq, külli miqdarda mənimsəmə və qeyri-qanuni sahibkarlıq fəaliyyəti ittihamı ilə 9 il azadlıqdan məhrum edilmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru