2026-cı il futbol üzrə dünya çempionatında hissələr arasında fasilənin müddəti artırıla bilər

1-07-2025, 10:06           
2026-cı il futbol üzrə dünya çempionatında hissələr arasında fasilənin müddəti artırıla bilər
Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyaları Federasiyası (FIFPro) 2026-cı il dünya çempionatının oyunlarında hissələr arasında fasilələrin 15 dəqiqədən 20 dəqiqəyə qədər artırılmasını təklif edib.

Oxu.Az bu barədə "Reuters" agentliyinə istinadla xəbər verir.

"FIFPro", həmçinin sərinləmək üçün nəzərdə tutulan fasilələrin sayını artırmaq variantını nəzərdən keçirməyi təklif edib.

Bildirilir ki, 2026-cı il dünya çempionatının oyunlarının keçiriləcəyi 16 şəhərdən 9-da hava şəraiti futbolçular üçün "son dərəcə riskli" olacaq.

Qeyd edək ki, 2026-cı il futbol üzrə dünya çempionatı tarixdə ilk dəfə üç ölkədə - ABŞ, Kanada və Meksikada keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru