Bu dəfə Yeni Yasamalda yol çökdü

1-07-2025, 09:38           
Bu dəfə Yeni Yasamalda yol çökdü
Yeni Yasamalda yol çökməsi qeydə alınıb.

32gun.az xəbər verir ki, hadisə ilə bağlı görüntülər sosial şəbəkələrdə yayımlanıb.

Kiçik həcmli çökmə nəticəsində kanalizasiya boruları açıq görünür.

Sakinlər yaranan vəziyyətdən narahatdır.

Xatırladaq ki, bir neçə gün əvvəl “Baksol” adlanan ərazidə yolun çökməsi nəticəsində Bakı sakini, 27 yaşlı Cümşüd Cümşüdlü kanalizasiyaya düşərək faciəli şəkildə həlak olub. Onun meyiti hadisədən yalnız 3 gün sonra Hövsanda tapılıb.

Həmçinin, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) açıqlamasında bildirildiyi kimi, kanalizasiya xətlərinə nəzarət edən aidiyyəti qurum Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyidir. Hələlik həmin qurum məsələ ilə bağlı açıqlama verməyib, araşdırmanın davam etdiyini bildirir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru