Britaniya muzeyi məşhur qadın manyak Rouz Uesrtin alt paltarını sərgiləmək üçün xeyli pul xərcləməli olub. Bakupost.az xəbər verir ki, qadının alt paltarına 2,8 min funt sterlinq ödəyən muzey rəsmisi ilk dəfə onu həbsxana işçisinin əlində gördüyünü açıqlayıb. Rouz həmin həbsxanada 2008-ci ilə qədər yatıb. İlk dəfə tumanı həbsxana işçisi zənbildən götürərək gizlədib və sonradan Ebayda satışa çıxarıb. Lakin elan silinib. Muzey rəhbəri Rouzun tumanını almaq üçün həmin işçini 10 il sonra taparaq, bu dəfə daha yüksək qiymətə sövdələşiblər. Qriqss hesab edir ki, bu alt paltarı çox sadədir, amma xüsusi maraq yarada bilər. Rouz Uets və əri Fred Britaniyada 1973-1987ci illərdə silsilə qətllər törədib, azı 12 qadını öldürüblər. Onları 1994-cü ildə həbs edib, ömürlük məhkum ediblər. Ər ölüb, Rouz isə hələ də həbsdədir.