Bakıda parkda xanımla tanış olmaq istəyən şəxs həbs edildi

31-08-2024, 16:24           
Bakıda parkda xanımla tanış olmaq istəyən şəxs həbs edildi
Bakıda parkda xanımla tanış olmaq istəyən şəxs həbs edilib. Qaynarinfo-nun məlumatına görə, hadisə Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən parkda baş verib. Z.M. bacısı ilə parkda dincələnən zaman 1995-ci il təvəllüdlü M.B. onun əyləşdiyi oturacağa oturaraq tanış olmaq istədiyini bildirib.

Qız həmin şəxs tərəfindən narahat edildiyi üçün bacısı ilə yaşadığı evinə doğru piyada hərəkət etməyə başlayıb.

Bu zaman M.B. yenidən ona yaxınlaşıb, onu narahat etməyə başlayıb.

Qızın şikayəti əsasında M.B. saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə M.B. barəsində 10 gün müddətə inzibati həbs tətbiq edilib












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru