İranda jurnalistlərə mükafat: Tualet kağızı

1-09-2024, 10:59           
İranda jurnalistlərə mükafat: Tualet kağızı
İranda jurnalistlərə mükafat olaraq tualet kağızı verilib.

TEREF Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Salameno” saytı yazıb.

Məlumata görə, Əbhər şəhərini İran parlamentində təmsil edən millət vəkili Mənsur Əlimərdani jurnalistlərin mükafatlandırma mərasimi zamanı hədiyyə olaraq onlara qutunun içində 3 ədəd tualet kağızı təqdim edib.

Qeyd edək ki, mükafatlandırılan jurnalistlər hökumətin siyasi-ideoloji təbliğatçıları kimi tanınır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru