Şəkərli qidaların yuxuya təsiri
2-09-2024, 09:24
Yatan vaxtı şəkərli qidalar yemək bir sıra mənfi təsirlərə səbəb ola bilər. Foodinfo.az xəbər verir ki, şəkərli qidalar qan şəkərini sürətlə artırır və bu, orqanizmin enerji səviyyəsinin yüksəlməsinə səbəb olur. Yüksək qan şəkəri yuxunun dərinləşməsinə mane ola bilər və tez-tez oyanmalara səbəb olar. Yatmazdan əvvəl şəkərli qida qəbul etmək yuxunun keyfiyyətini aşağı salır və nəticədə özünüzü daha yorğun hiss edə bilərsiniz.Yuxuya getmək üçün rahatlanmaq vacibdir. Şəkərli qidalar bədənə enerji verir və stress hormonlarının (məsələn, kortizol) səviyyəsini artırır, bu da yuxuya getməyi çətinləşdirir. Gecə vaxtı metabolizma daha yavaş olur və qəbul olunan kalorilər daha çətin yandırılır. Yatmadan əvvəl şəkərli qidalar yemək zamanla kilo artımına səbəb olur, bu da ümumi sağlamlığa mənfi təsir edir.Axşamlar şəkərli qidaların mütəmadi olaraq qəbul edilməsi qan şəkərinin yüksək qalmasına və insulin səviyyəsinin balanssız olmasına gətirib çıxarır. Daha yaxşı yuxu və sağlamlıq üçün gecə yeməkləri seçərkən az şəkərli və yüngül qidalar üstünlük təşkil etməlidir.