Bakıya istirahətə gələn gənc kanalizasiya quyusuna düşdü

4-09-2024, 09:38           
Bakıya istirahətə gələn gənc kanalizasiya quyusuna düşdü
Masallı rayonundan Bakıya istirahətə gələn gənc kanalizasiya quyusuna düşərək xəsarət alıb.
TEREF Bakuplus.az-a istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında Azərbaycan prospekti 57 A ünvanında baş verib.
Zərərçəkənin sözlərinə görə, kanalizasiya quyusunun qapağı olsa da, qırıq olub. Daha sonra həmin qapağın üstündən keçərkən içinə düşüb. Nəticədə müxtəlif bədən xəsarətləri alıb:
"Bakıya gəzməyə gəlmişdim, dedim mərkəzə çıxım. Dostumla gedərkən, birdə sanki yer yarılıb, altına düşdüm. Mənim yerimdə qadın uşaq və ya qoca ola bilərdi. Qolum, ayağım, bel və qarın hissəm sıyrılıb".
Qeyd edək ki, zərərçəkənə ilkin tibbi yardım göstərilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru