"Nissan" bir gündə iki yolsuzluq avtomobilini təqdim edib

5-09-2024, 16:58           
"Nissan" bir gündə iki yolsuzluq avtomobilini təqdim edib
Yeni "Nissan Patrol" və "Armada" təqdim edilib.

Oxu.Az bu barədə motor.ru-ya istinadən xəbər verir.

ABŞ-də jurnalistlərə üçüncü nəsil nəhəng "Armada", Abu-Dabidə isə yeddinci nəsil "Patrol" təqdim olunub. Əslində bu, eyni avtomobildir, sadəcə müxtəlif ölkələrin bazarları üçün nəzərdə tutulub. Onun görünüşü radikal şəkildə dəyişib, V8 əvəzinə turbo V6 mühərriki qoyulub, lakin konstruksiyasının əsasında əvvəlki kimi qalıb: bu, bütün təkərlərin müstəqil asqısı ilə rahat yolsuzluq avtomobilidir.

"Armada" və "Patrol" modelləri Fukuokada eyni konveyerdə istehsal olunur və yalnız kiçik detallarla fərqlənirlər. Onların, həmçinin "İnfiniti" markasından premium "qardaşı" var - "QX80" yolsuzluq avtomobili.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru