Həyətində 102 zəhərli ilan tapan kişi başını itirməyib VİDEO

8-02-2025, 12:48           
Həyətində 102 zəhərli ilan tapan kişi başını itirməyib  VİDEO
Avstraliyanın Sidney şəhərinin sakini evinin arxa həyətində 102 zəhərli ilanın olduğu yuva aşkarlayıb.

"9News" xəbər verir ki, gördüyündən məəttəl qalan kişi ilanları tutmaqla məşğul olan "Reptile Relocation" şirkətinə müraciət edib.

İlanlar yuvalarını tökülmüş yarpaqların üzərində qurduğuna görə, onlardan biri ev sahibinin itini dişləyənə qədər diqqət çəkməyib.

Şirkətin mütəxəssisləri üç saat ərzində 102 aspid ilanını tutublar. Bunlar yalnız Avstraliyada yaşayan zəhərli ilanlardır və uzunluqları iki metrə qədər çatır. Bu növün nümayəndələri adətən aqressiv olmurlar və insanlarla qarşılaşmaqdan qaçırlar.

Tutulan ilanların hamısı təbiətə buraxılacaq.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru