Azərbaycanlı tələbə Ukraynada faciəvi şəkildə öldü - FOTO

27-10-2016, 13:30           
Azərbaycanlı tələbə Ukraynada faciəvi şəkildə öldü - FOTO
Taras Şevçenko adına Kiyev Dövlət Universitetinin azərbaycanlı tələbəsi universitetin yataqxanasının 7-ci mərtəbəsindən düşərək ölüb.

teref.az APA-ya istinadən xəbər verir ki, hadisə dünən səhər baş verib.

Azərbaycan vətəndaşı, İmişli rayonunun Cəfərli kəndində anadan olmuş ikinci kurs tələbəsi Abbaszadə Emil Mahir oğlunun intihar etdiyi, yoxsa kimlərsə tərəfindən yüksəklikdən atıldığı hələlik məlum deyil.

Tələbə yoldaşlarının bildirdiyinə görə, onun yataqxananın 7-ci mərtəbəsindən düşdüyünü görüblər. Lakin hadisənin motivi və təfərrüatları barədə məlumatları yoxdur.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.