Almaniyada sərnişin qatarı relsdən çıxdı: Ölənlər və yaralananlar var Bu gün, 09:05 Almaniyanın cənub-qərbində, Baden-Vürtemberq federal əyalətində sərnişin qatarının relsdən çıxması nəticəsində üç nəfər həlak olub.Oxu.Az xəbər verir ki, bu barədə tagesschau.de məlumat yayıb.Bildirilib ki, qəza zamanı 50-yə yaxın şəxs xəsarət alıb, onlardan 25-nin vəziyyəti ağırdır.Qeyd olunub ki, ölənlər arasında qatarın maşinisti də var.Almaniya Kansleri Fridrix Merts ölənlərin ailələrinə başsağlığı verilib.Qəzanın səbəbləri araşdırılır. Facebook-da paylaş