DMA 2 milyona anbar icarəyə götürür: Bir ildə eyni şirkətlə iki dəfə anlaşma

Bu gün, 12:19           
DMA 2 milyona anbar icarəyə götürür: Bir ildə eyni şirkətlə iki dəfə anlaşma
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tərkibində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyi (DMA) yeni tenderin qalibini elan edib.

Tribunainfo.az xəbər verir ki, agentlik özünə anbar axtarıb və tapıb.

Belə ki, tenderin nəticəsinə görə, Agentlik bir il müddətinə ümumi sahəsi 14 min kvadrat metr olan anbar icarəyə götürüb. “ABŞERON EXPRESS” MMC ilə əldə olunmuş razılaşmaya görə, dövlət qurumu şirkətə 1 milyon 917 min 719 manat pul ödəyəcək.

Tribunainfo.az-ın araşdırmasına görə, DMA ilə “Abşeron Express” MMC arasında bu cür anlaşma ilk deyil. Belə ki, keçən il də tərəflər anbar xidmətlərinin satın alınması məsələsində razılaşma əldə ediblər. Açıq mənbələrdə qeyd edilir ki, ötən ilin iyulunda əldə olunan anlaşmaya görə, DMA “Abşeron Express”dən 1 milyon 232 min 820 manata anbar icarəyə götürüb.

Bildirək ki, “Abşeron Express” MMC (VÖEN – 1101627341) 2017-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 500 manat olan MMC-nin hüquqi ünvanı Qaradağ rayonu, Lölbatan ŞTQ, Xocahəsən, ev 57-də yerləşir. MMC-nin qanuni təmsilçisi Cəfərov Çingiz Aydın oğludur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru