ABŞ-ın rüsumlarını azaltmaq üçün Aİ Rusiya qazını Amerika LNG-si ilə əvəzləyəcək - Ursula fon der Lyayen
Bu gün, 10:06
Avropa Komissiyası ABŞ-ın gömrük rüsumlarını 30 faizdən 15 faizə endirmək məqsədilə Rusiya nefti və təbii qazını tamamilə ABŞ-dan alınan mayeləşdirilmiş təbii qaz (LNG), neft məhsulları və nüvə yanacağı ilə əvəzləməyi öhdəsinə götürüb.
APA xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Şotlandiyada ABŞ Prezidenti ilə keçirilən danışıqlardan sonra bəyan edib.
Onun mətbuat konfransı Avropa Komissiyasının mətbuat xidməti tərəfindən yayımlanıb.