Azərbaycan Respublikası universitetlərinin reytinq cədvəlində ciddi dinamika...

Bu gün, 11:17           
Azərbaycan Respublikası universitetlərinin reytinq cədvəlində ciddi dinamika...
Webometrics süni intellekt proqramı yenidən dünya universitetlərin 2025-ci il üçün ikinci reytinq cədvəlini elan etmişdir. Reytinq sistemində dünyanın 30 min universiteti iştirak etmişdir (o cümlədən Azərbaycandan 48 universitet). Aşağıdakı cədvəldən göründüyü kimi, ilk onluğa düşən universitetlərin hamısı ciddi irəliləyiş əldə etmişdir.
Birinci yeri sabit olaraq İqtisad univesiteti tutmuşdur. 2020-ci ildə bu universitet dünya üzrə 6050-ci yeri tuturdu, cəmi beş il sonra 1537-ci yerdə qalmışdır.
BMU-ən çox irəliləyən universitet adını qazanmışdır. Keçən dövr reytinqində 5649-cu yerdə idisə, bu hesabatda 3001 dünya universitetini arxada qoyaraq, 2648-ci yerə, ölkə üzrə isə 6-cı yerə yüksəlmişdir. Qərbi Kaspiya universiteti ilk dəfə olaraq ölkə üzrə birinci onluğa düşmüşdü.
Üç Cənubi Azərbaycan universitetləri (Təbriz tibb universiteti -725, Təbriz universiteti-815 və Urmiyyə universiteti-1264) bizim universitetlərdən çox qabağadır. Təbriz tibb universiteti ilə Azərbaycan tibb universiteti arasında 2013 universitet var. Tibbin Cənubi Azərbaycanla müqayisədə acınacaqlı vəziyyətdə olmasında bu səbəb əsas deyilmi?
Dərin hörmətlə, prof. Saleh Məmmədov













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru