Heydər Əliyevin illər öncə dediyi sözlər gündəmdə: “Heç bir şeyi yanlış etməmişəm, nə etmişəmsə doğru etmişəm”

Bu gün, 12:26           
Heydər Əliyevin illər öncə dediyi sözlər gündəmdə:
Ulu öndər Heydər Əliyevin Türkiyəli jurnalistə verdiyi arxiv müsahibə sosial şəbəkələrdə yenidən gündəmə gəlib.

32gun.az xəbər verir ki, yayılan görüntülərdə Heydər Əliyev öz həyat yoluna və fəaliyyətinə dəyər verərək bu fikirləri səsləndirir:

“Mən bunu dəfələrlə demişəm. Həyatımın bütün mərhələləri mənim üçün əzizdir. Heç bir şeyi yanlış etməmişəm, nə etmişəmsə doğru etmişəm.”

Ulu öndərin bu sözləri onun prinsipial və qətiyyətli xarakterini bir daha nümayiş etdirir. Müsahibənin dəqiq çəkilmə tarixi açıqlanmasa da, Heydər Əliyevin şəxsi və siyasi həyatına verdiyi qiymət cəmiyyətin marağına səbəb olub.

Qeyd edək ki, Heydər Əliyev Azərbaycanın müasir tarixində əvəzolunmaz rol oynamış, həm sovet dövründə, həm də müstəqil Azərbaycanda rəhbər vəzifələrdə çalışaraq ölkənin inkişafına mühüm töhfələr vermişdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru