Qəbələdə qısqanc ər arvadının qanını tökdü

31-03-2017, 09:07           

Qəbələ rayonu Böyük Pirəli kəndində qətl hadisəsi törədilib.

teref.az-nun APA-ya istinadən məlumatına görə, kənd sakini 1982-ci il təvəllüdlü Ağababyev Vasif Akif oğlu ailə münaqişəsi zəmnində aralarında baş verən dava zamanı həyat yoldaşı, 1985-ci il təvəllüdlü Ağababayeva Afət Həsənağa qızını bıçaqlayıb.

Bədənin müxtəlif nahiyələrindən bıçaq xəsarətləri alan Afət Ağababayeva hadisə yerində dünyasını dəyişib. Rayon sakinlərinin sözlərinə görə, hadisə qısqanclıq səbəbindən baş verib.

Vasif Ağababyev polis tərəfindən saxlanılıb.

Faktla bağlı Qəbələ rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru